Milli Məclis dövlət büdcəsinin icrası haqqında layihəni ilk oxunuşda qəbul etdibackend

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

“Yeni Gündəm”-in xəbərinə görə, sənədi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Daha sonra qanun layihəsi barədə deputatlar çıxış ediblər.

Sonda sənəd səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.