Milli Məclis Milli Koordinatorun insan alverinə qarşı mübarizə üzrə illik məlumatını qəbul etdibackend

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında məsələ müzakirə edilib.

“Yeni Gündəm”-in xəbərinə görə, sənədi Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edib.

Hesabatla bağlı deputatlar çıxış ediblər.

Sonda sənəd səsverməyə çıxarılaraq qəbul edilib.