Milli Məclisdə Ali Baş Komandan İlham Əliyevin təltif olunması təklif edildibackend

“Ali Baş Komandan, qələbəmizin müəllifi İlham Əliyevin ali orden və ali rütbə ilə təltif edilməsi məsələsinə Milli Məclis tərəfindən baxmalıyıq”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı deputat Azər Badamov deyib.

Deputat təklif edib ki, bununla bağlı qanun layihəsi hazırlansın və payız sessiyasının qanunvericilik işləri planına salınsın.