Milli Məclisdə büdcə müzakirələri başlayırbackend

Bu gün Milli Məclisin hökumət üzvlərinin iştirakı ilə plenar iclası keçiriləcək.

“Yeni Gundem”-in xəbərinə görə, iclasda 2023-cü ilin dövlət büdcəsi zərfi müzakirə ediləcək.

Buraya “2023-cü ilin dövlət büdcəsi haqqında”, ” 2023-cü il üçün yaşayış minimumu haqqında”, “2023-cü il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihələri, Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının xərclər smetaları daxildir.