Milli Məclisdə geyim idxalçıları ilə görüş keçirilibbackend

Dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin Azərbaycanda Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının nümayəndələri ilə görüşü keçirilib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Elnur Allahverdiyev danışıb.

Görüşdə bu sektorda çalışan sahibkarları maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi apardıq, onları narahat edən problemləri, irəli sürdükləri təşəbbüs və təklifləri dinlənilib.

Millət vəkili görüş barədə təsərrüatlarını bölüşüb:

“Şübhəsiz ki, bu görüşün sözügedən sahədə çalışan iş adamlarının qayğıları ilə yaxından tanış olmaq baxımından böyük önəmi var. Ümumiyyətlə, VI çağırış Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin işindəki mühüm özəlliklərdən biri də iqtisadiyyyatın müxtəlif sektorlarının təmsilçiləri ilə keçirilən belə görüşlərdir. Bu görüşlərin daha bir hədəfi qanunvericilik prosesində özəl sektorun ehtiyyaclarını yaxından öyrənmək və nəzərə almaqdır”

Fərahim Rəhimov