Milli Məclisdə şəhidlərin dəfni zamanı rast gəlinən xoşagəlməz hallarla bağlı məsələ qaldırıldıbackend

Milli Məclisdə şəhidlərin dəfni zamanı rast gəlinən xoşagəlməz hallarla bağlı məsələ qaldırılıb.

“Yeni Gundem”-in xəbərinə görə, bu barədə parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov danışıb.

Onun sözlərinə görə, son zamanlar şəhdilərin dəfnində xoşagəlməz hallara rast gəlinir:

“Biz görürük ki, bu hallardan istifadə olunur. Şəhidlərin dəfn mərasimlərini bəziləri sanki şouya çevirmişdilər. Mən bir neçə şəhidimizin dəfnində iştirak etdim. Orada bu halların şahidi oldum”.

Komitə üzvü Sevinc Fətəliyeva da şəhidlərin dəfni zamanı xoşagəlməz hallardan danışıb. O bildirib ki, bu halların qarşısının alınması üçün Komitənin işləri artır:

“Bizim cəmiyyətimizə, gənclərə deyiləcək sözlərimiz çoxdur”.

Report