Milli Məclisdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildibackend

“3 gün bundan əvvəl ölkəmizdə Anım günü qeyd edildi. Bakı şəhərində keçirilmiş yürüşdə Ali Baş Komandan İlham Əliyev və birinci Vitse-prezident Mehriban Əliyeva iştirak etdilər”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, dövlət başçısı xalqa etdiyi müraciətdə böyük qələbəmizi şərtləndirən amillərlə bağlı xalqa geniş məlumat verdi: “Dövlət başçısı bundan sonra Azərbaycan dövlətinin qalib dövlət, Azərbaycan xalqının qalib xalq kimi əbədi yaşayacağını bildirdi. Bu möhtəşəm qələbəni xalqımıza bəxş etmiş İlham Əliyevə və müzəffər əsgər və zabitlərimizə minnətdarlığımı ifadə etmək istəyirəm”.

Sədr təklif edib ki, Birinci və İkinci Qarabağ müharibəsində, həmçinin Vətən və xalq yolunda canından keçmiş digər şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilsin.
Milli Məclisdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.