Milli Məclisin deputatı Cavid Osmanov seçiciləri ilə növbəti qəbul keçiribbackend
90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Cavid Osmanov 4 may 2022-ci il tarixdə seçiciləri ilə növbəti qəbul keçirib.

”Yeni Gündəm” xəbər verir ki, rayonun Heydər Əliyev mərkəzində keçirilən qəbulda Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Əli Kərimov da iştirak edib.
Fərdi qaydada keçirilən qəbul zamanı seçiciləri narahat edən məsələlər dinlənilib, müraciətləri qeydə alınıb, vətəndaşlara müvafiq izahatlar verilib, bəzi məsələlər yerindəcə həll edilib. Səsləndirilən digər müraciətlərin həlli istiqamətində qanunvericiliyə uyğun müvafiq tədbirlərin görüləcəyini bildirən deputat qaldırılan məsələlərin diqqət mərkəzində olacağını, aidiyyatı orqanlara sorğular göndəriləcəyini qeyd edib.

Qəbul zamanı Cavid Osmanov vətəndaşların problemlərini dinləməklə yanaşı cənab Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın gördükləri işlər barədə qəbulda iştirak edən seçicilərə məlumatlar verib.

Qəbulda iştirak edən Ağdaş sakinləri onların müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edib, ölkə, eləcə də rayon əhəmiyyətli görülən bütün işlər üçün Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.