Milli Məclisin deputatlarının avtomobilləribackend

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramovun “Toyota Prado” markalı avtomobili var: “Avtomobilimi özüm idarə edirəm. Xüsusi sürücüm yoxdur”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev isə “Hyundai Genesis” markalı avtomobilinin olduğunu deyib: “Həmin avtomobildən 8 ildir istifadə edirəm”.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov da şəxsi avtomobilinin olmadığını deyib:

“Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının balansında olan 2013-cü il istehsalı olan ” Mercedes E-Class” markalı xidməti avtomobildən istifadə edirəm”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı isə deyib ki, “Toyota Avalon” markalı avtomobili var: “Artıq iki ildir ki, bu avtomobildən istifadə edirəm”.

Milli Məclisin deputatları – Fazil Mustafa, Qənirə Paşayevanın “Toyota Prado”, Aqil Abbasın “Hyundai Sonata”, Erkin Qədirlinin “Toyota Corolla” markalı avtomobili var.

Məlumat üçün isə bildirək ki, Milli Məclisin komitə sədrlərinin xidməti avtomobili “Mercedes E-Class”dır.

Müşahidələrimiz zamanı məlum olub ki, deputatlar daha çox “Mercedes” markalı avtomobillərə üstünlük verir.