Milli Məclisin növbədənkənar sessiyası başladıbackend

Milli Məclisin növbədənkənar ilk sessiyası öz işinə başlayıb.

 “Yeni Gündəm” xəbər verir ki, ilk sesisya öz işinə Azərbaycan Dövlət Himinin oxunması ilə başladı.

Gündəliyə bir məsələ daxil edilib.

Deputatlar İnzibati Xətalar Məcləəsinə dəyişikliyi ikinci oxunuşda müzakirə edəəcklər. Məcəllənin 211-ci maddəsinə 2-ci və 3-cü bənd əlavə edilib:

“211.2.  Epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.
211.3. Bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena vəkarantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.”