“Milli Məclisin plenar iclaslarının onlayn keçirilməsi gündəmdədir” – Spikerbackend

“Milli Məclisin plenar iclaslarının onlayn formatda keçirilməsi bu gün gündəmdədir”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, hazırda bununla bağlı iş gedir: “Bəzi texniki məsələlər həllini tapmalıdır. Bu formatda plenar iclasın nə zaman keçiriləcəyi bilinmir. Amma bunu etmək üçün iş gedir”.