Milli Paralimpiya komandası üzvləri “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edildibackend

Prezidenti İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

“Yeni Gündəm” xəbər verir ki, Sərəncama əsasən, XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançılarının aşağıda adları çəkilən məşqçiləri “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:

İbişov İlqar Əsgər oğlu

İbrahimov Ramin İbrahim oğlu

Kirillov Fyodor Borisoviç.

Tarix: 6 Sentyabr 2021, 15:19