Milli Şura daha bir üzvünü itirdibackend

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlüyündən istefa verib.

“Yeni Gündəm” xəbər verir ki, o, bu barədə özünün “Facebook” səhifəsində məlumat yayıb.

O, bəyanatında istefanın səbəbi barədə açıqlama vermək istəmədiyini deyib.

Bildirək ki, mayın 14-də Milli Şuranın Koordinasiya Mərkəzinin digər üzvü Eldəniz Quliyev də istefa verib.