“Milli valyutanın məzənnəsi dünya bazarında neftin qiymətindən asılıdır” – İqtisadçı ekspertbackend
Toğrul Əliyev,
İqtisadçı ekspert

Sirr deyil ki, milli valyutanın məzənnəsi, daha dəqiq desək devalivasiya riski bu və ya digər şəkildə sıravi vətəndaşlardan tutmuş iri sahibkarlıq subyektlərinə qədər hamını narahat etməkdədir. Hər kəs bilir ki, bu, ən azından şəxsi maliyyə sabitliyinin təminatı, ən yaxşı halda isə, uğur və zənginlik qazanmaq üçün açardır.

Bir çox iqtisadçılar, analitiklər müxtəlif milli valyutaların məzənnəsini proqnozlaşdırmaq üçün universal düsturlar təklif etməyə cəhd edirlər. Bütün düsturlar, bir qayda olaraq, özündə siyasi vəziyyətdən tutmuş böyük “oyunçuların” bazara sistematik təsir edən iqtisadi göstəricilərinə qədər bir çox amili ehtiva edir.
Lakin etiraf etmək lazımdır ki, bəzən bu amillərin əksəriyyətinin arxa plana keçdiyi və bəzilərinin özünü daha qabarıq biruzə verdiyi vəziyyət yarana bilər.
Hazırda milli valyutanın məzənnəsinə daha çox 1 amilin təsir etdiyi və digər amilərin dəstəkləyici olduğu bir vəzyyətin yaşandığını və bu vəziyyətin hələ uzun müddət belə davam edəcəyini desək yanılmarıq. Daha konkret desək, hazırda dünya bazarında neftin qiymətindən başqa məzənnəyə təsir edən digər amillər dinamik olmadığı üçün milli valyutanın məzənnəsinin proqnozlaşdırılması zamanı digər amilləri kənara qoyub dinamik amilə – dünya bazarında neftin qiymətinə diqqət yetirməliyik.
Məlumdur ki, dövlət büdcəsinin formalaşdırılmasında neft gəlirləri ən yüksək xüsusi çəkiyə malikdir və dünya bazarında neftin qiyməti milli valyutanın məzənnəsinə birbaşa böyük təsir göstərir. Milli valyutanın məzənnəsi dünya bazarında neftin qiymətindən asılıdır.
Deməli, milli valyutanın məzənnəsini təyin etmək üçün sadə düstur belə olacaq:

PM = (BM x BQ) / OQ PM – proqnozlaşdırılan məzənnə
BM – neftin dövlət büdcəsində nəzərdə tutulmuş qiyməti
BQ – dövlət büdcəsində nəzərdə tutulmuş məzənnə
OQ – dünya bazarında neftin orta qiyməti