Millimiz neçəncidir? – FİFA ilin son reytinqini açıqladıbackend

FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

“Yeni Gündəm” xəbər verir ki, 2021-ci ilin son cədvəlində millimizin mövqeyi dəyişməyib.Canni De Byazinin baş məşqçisi olduğu komanda 1139 xalla 120-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya Belçika (1828) başçılıq edir. Braziliya (1826) 2, Fransa (1786) 3-cüdür.