Millimiz üçün yeni rəqibbackend

Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.

“Yeni Gündəm” AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz iyunun 2-də Minskdə Milli Olimpiya Stadionunda Belarus yığması ilə qarşılaşacaq. Oyunun saatı ilə bağlı məlumat veriləcək.

Qeyd edək ki, yığmamız mayın 27-i Türkiyə ilə də yoldaşlıq görüşü keçirəcək.