Millimizin baş məşqçisi və kapitanı Messini bəyənmədi – Kimə xal verdilər?backend

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç və yığmanın kapitanı Maksim Medvedevin FİFA-nın “The Best” mükafatının sorğusunda kimlərə səs verdiyi məlum olub.

“Yeni Gundem” xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytında qeyd olunub.

Belə ki, Yurçeviç ən yaxşı kişi futbolçu nominasiyası üzrə Kriştiano Ronaldoya 5, Lionel Messiyə 3, Məhəmməd Salaha isə 1 səs verib. Xorvat mütəxəssis ən yaxşı kişi baş məşqçi sorğusunda isə Yurgen Kloppa 5, Xosep Qvardiolaya 3, Maurisio Poççetinoya 1 səs verib.

“Qarabağ”ın və Azərbaycan millisinin kapitanı Medvedev isə ən yaxşı kişi futbolçusu soğrusunda Vircil van Dayka 5, Məhəmməd Salaha 3, Matteys de Liqtə 1 səs verib. Medvedev ən yaxşı kişi baş məşqçi nominasiyasında Didye Deşama 5, Yurgen Kloppa 3, Camel Belmadiyə 1 səs verib.

FİFA tərəfindən ilin ən yaxşı futbolçusu “Barselona”lı Lionel Messi, ən yaxşı kişi baş məşqçi isə “Liverpul”un çalışdırıcısı Yurgen Klopp seçilib.