“Min il də keçsə, Həcc ziyarətinə getmərəm, pul versələr də getmərəm”backend

Hər il Həcc mövsümü gələndə cəmiyyət iki qrupa bölünür. Bəzi insanlar hesab edir ki, Həcc ziyarəti üçün sərf olunan vəsaiti yoxsul, imkansız, ehtiyacı olan adamlara xərcləmək daha doğru olardı. Amma Həcc ziyarətinin Allah-Təala tərəfindən buyrulduğunu əsas gətirən möminlər isə bu mərasimə qatılmağı özlərinə müqəddəs borc bilirlər. Həcc ziyarətinə getmək istəyən insanlardan əllərindəki pulu yoxsul adamlara paylamağı tələb etmək doğrudurmu? Yazıçı Xeyrəddin Qoca məsələyə mübasibət bildirib. O, Yenisabah.az-a açıqlamasında deyib ki, heç vaxt Həcc ziyarətinə getmək barədə düşünməyib: “Min il də keçsə, Həcc ziyarətinə getmərəm, lap pul versələr də getmərəm. Dində deyilir ki, ziyarətə gedilməlidir, amma biz getmirik. Bizdə də pul yoxdur ki, kasıblara köməklik edək. Məsələn, mən pul yığmışam ki, Həccə gedim, sonra həmin pulu kasıba verim? Gülməli gəlir. Heç kim pul yığıb kasıba vermir, niyə Həccin pulu verilməlidi? Həcc ziyarətinə gedən adamların əgər pulu varsa, həmişə kasıba köməklik eləsinlər də, bunun Həcc ziyarətinə nə dəxli var axı?

Həcc ziyarətinə dəfələrlə getməyə icazə verilirsə, istəyən getsin. Ancaq mən bilmirəm, kim özün necə göstərir, kim özünü cəmiyyətə necə “ sırıyır”?