Minaların təmizlənməsində dronlardan istifadə üçün Britaniya şirkəti ilə müqavilə imzalandıbackend

İşğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatı vaxtı havadan tədqiqat üçün Britaniyanın “Arpies NRC” şirkəti ilə müqavilə imzalanıb.

Bunu ANAMA sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, tədqiqatçılar hazırda dronlarla və müxtəlif cihazlarla əraziləri tədqiq edir: “Tədqiqatların nəticəsi süni intellekt vasitəsilə emal olunur. Bu da minatəmizləyənlərin işinin asanlaşdırılması üçün xüsusi önəm daşıyır”.

Sədr qeyd edib ki, 18 ədəd minatəmizləyən maşın alınıb və azad olunmuş ərazilərdə təmizləmə işlərinə cəlb olunub.