MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİNİN MÜƏMMALI “DİGƏR MALLAR, SAİR TORPAQLAR” TENDERİ…backend

Mingəçevir Dövlət Universiteti yeni tender elan edib.

“Yeni Gundem” xəbər verir ki, tenderin qalibi “İntellekt M.A” MM olub. Şirkətə universitet tərəfindən 66 min manat vəsait köçürüləcək. Tenderin elan olunmasına səbəb kimi digər malların alınması göstərilib. Ancaq maraqlıdır ki, universitet digər mallar dedikdə nəyin nəzərdə tutulduğunu açıqlamayıb.
MDU-nun elan etdiyi digər tender müsabiqəsində isə “Strix” MMC qalib gəlib. Bu şirkətə isə universitet 23.434 manat vəsait köçürəcək. Burada isə müsabiqənin elan edilməsinə səbəb kimi sair torpaq, tikili və avadanlıqların təmir xərcləri göstərilib.
Maraqlıdır, universitet sair torpaqlar dedikdə nəyi nəzərdə tutur, burada hansı torpaqlardan söhbət gedir?Tribuna.Az