Mingəçevirdə Daha Bir Fəhlə Hüdürlükdən Yıxıldıbackend

Sentyabrın 12-də Mingəçevir şəhərində yerləşən Az.DRES-də ölümlə nəticələnən növbəti hadisə baş verib.

Kanal32.az xəbər verir ki,saat 18:00 radələrində Azərbaycan İstilik Elektirik Stansiyasında yenidənqurma və təmir işləri aparan podaratçı SFV şirkətinin işçisi faciəvi şəkildə dünyasını dəyişib.İlkin məlumata görə şirkətdə fəhlə işləyən və iki uşaq atası olan Neftçala sakini stansiyanın ən yüksək borusunda rəngləmə işləri apararkən hündürlükdən yıxılaraq ölüb.Mingəçevirin ən böyük istehsal müssisəsində tibb məntəqəsi olmadığından yıxılan şəxsə ilkin yardım göstərilməyib.

Şahidlər bildirir ki,adıçəkilən stansiyada ,təmir-bərpa işləri aparan bu podaratçı şirkətlər texniki təhlükəsizlik qaydalarına əməl etmir və işçilərin əmək hüquqlarını da kobud şəkildə pozurlar.

Saytımıza məlumat verən mənbənin iddiasına görə,təmir-bərpa işləri aparan bu podaratçı şirkət də “Azərenerji” ASC-nin prezidenti Balababa Rzayevin yaxın ətrafına məxsusdur.

Yeri gəlmişkən qeyd edək ki,bu günə kimi adı müxtəlif qalmaqallarda və qanunsuz əməllərdə hallanan Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının publik-hüquqi şəxsin direktoru Könül Ələkbərovun “unikal islahatları”çərçivsəində  yüzlərlə insanın çalışdığı Azərbaycan İstilik Elektirik Stansiyasındakı tibb məntəqsi bağlanılıb.

Xatırladaq ki,avqusutun 26-da Mingəşevir şəhər sakini 1985-ci il təvəllüdlü Sənan Yəhyayaev 6 kv-lıq transformatorun şitinə daxil olub və yüksək gərginlik səbəbindən yanaraq ölüb.Təxminən iki ay öncə isə daha bir nəfər işçi yüksək gərginlikli xəttlə təhlükəsizlik qaydaları çərçivəsində davranmaması və rəislərin məsuliyyəysizliyi ucbatından ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.Maraqlıdır ki,həmin vaxt bu olay mətbuatdan və ictimaiyyətdən gizlədilib.

-Bizi izləyin!Yenilənmiş məlumatalrı təqdim edəcəyik.

Kanal32.az