Mingəçevirdə qadın sürücü 13 nəfəri əzdi — CİNAYƏT İŞİ BAŞLANILIBbackend
Mingəçevir şəhərində avtomobilin kütləyə çırpılması nəticəsində 10-u uşaq olmaqla, 13 nəfərin xəsarət alması faktına görə cinayət işi başlanılıb.

“Yeni Gündəm”ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 24-də saat 13 radələrində Mingəçevir şəhərinin Şəfa bağlar sahəsi ərazisində Ağdam rayon sakini Z.Xudiyeva ərinə məxsus “Opel” markalı avtomobili idarə edərkən şəhər sakinləri olan 13 nəfəri (onlardan 9-u azyaşlı olub) vurub və nəticədə onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Onlara ilkin tibbi yardım göstərildikdən sonra 10 nəfəri evə buraxılıb, 3 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı Mingəçevir ŞPŞ-də Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Yenigündəm.az