Minlərlə insan Ermənistanı tərk etdibackend

Bu ilin yanvar-iyul aylarında 43 mindən çox vətəndaş hava yolu ilə Ermənistanı tərk edib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Komitəsinin məlumatlarında yer alıb.

Məlumatlara əsasən, yalnızca paytaxt İrəvanın “Zvartnots” beynəlxalq hava limanından 515 849 nəfər ölkəni tərk edib və 27 016 vətəndaş geri qayıtmayıb.

Bununla yanaşı, bu il “Şirak” hava limanından xaricə uçmuş 42 141 vətəndaşın 16 023-ü geri qayıtmayıb.

Ölkənin KİV-nin məlumatına görə, ölkəni tərk etmək üçün hava yolundan istifadə edən vətəndaşların sayı ölkəni birdəfəlik qaydada tərk edənlərin ümumi sayını təşkil etmir. Belə ki, ölkənin əksər vətəndaşları quru yolla səfər etməyə daha çox üstünlük verir.