MİQ üçün vakant yerlərin sayı açıqlandıbackend

“Adətən müəllimlərin işlə qəbulu müsabiqəsində 8 minə yaxın, bəzən 8 mindən çox vakant yer çıxarılır. Bu il də bu qədər vakant yerin olacağı gözlənilir”.

“Yeni Gündəm” xəbər verir ki, bunu İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Təhsil masası”nda deyib.

O bildirib ki, müddətsiz işə qəbul üzrə müsabiqə bir turda keçiriləcək.

“Müəllimlərə seçim edərkən bu amili nəzərə almalarını xahiş edirik. Əsasən musiqi, təsviri incəsənət, kimya, biologiya fənləri üzrə vakant yerlər çoxluq təşkil edir. Müəllimlər seçimdə 8 yer yaza biləcəklər”.