Mirmahmud Mirəlioğli koronavirusa yoluxubbackend
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğli koronavirusa yoluxub.
“Yeni Gündəm” xəbər verir ki, bu barədə partiya sədrinin dostları bildiriblər. Məlumata görə, Mirmahmud Mirəlioğli bir neçə ailə üzvü ilə bərabər məlum xəstəliyə yoluxub.
Onun hazırda evdə müalicə aldığı, əhvalının qənaətbəxş olmadığı, ciddi müalicəyə ehtiyac duyduğu bildirilir.