Mirmahmud Mirəlioğlunun son durumubackend

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun səhhəti yaxşılaşmağa doğru gedir.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Mirmahmud Mirəlioğlu özü məlumat verib.

“Səhhətimdə irəliləyiş müşahidə olunur. Amma hələ də danışmaqda çətinlik çəkirəm”, – deyə o bildirib.

Qeyd edək ki, koronavirusa yoluxan M.Mirəlioğlunun müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Kult.az