`Misli`nin QUMAR BİZNESİ NAXÇIVANA DA AYAQ AÇDI – Camaatsa İŞ YERİ İSTƏYİR!backend

Azərbaycanın lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”ya məxsus “Misli”, Naxçıvanda özünün 4 məntəqəsinin açılışını edib. DİA.AZ xəbər verir ki, açılışda çıxış edən “Azərlotereya”nın İdarə Heyətinin sədri Zafer Reisoğlu “Misli”nin Naxçıvandakı fəaliyyətinin uğurlu olacağına inamını bildirib.

İdman oyunlarının virtual mərcini təşkil edən, „Azərlotereya” markası olan „Misli.az“la bağlı Azərbaycan mətbuatında tez-tez tənqidi yazılara rast gəlinir. Daxil olan məbləğin cüzi hissəsini uduşa qoyan bu qurumun xüsusilə gəncləri qumara qurşandıraraq, müflis etdiyi iddia olunur.

Azərbaycanın demək olar ki, bütün bölgələrində uzun müddətdir fəaliyyət göstərən bu qurumun Naxçıvanda indiyə kimi məntəqəsi yox idi.

`Misli`nin QUMAR BİZNESİ NAXÇIVANA DA AYAQ AÇDI

DİA.AZ bildirir ki, “Azərlotoreya”nın QUMAR BİZNESİNİN Naxçıvana da ayaq açması yerli sakinlər tərəfindən heç də SEVİNCLƏ qarşılanmayıb, əksinə vətəndaşlar sosial şəbəkələrdə açıq etirazlarını da ifadə ediblər.

DİA.AZ olaraq vətəndaşlardan bəizlərinin qeydlərini təqdim edirik:

***

Nicat Ramazanov:
Allah insana ağıl verib ağlı olan oynamasin bunlara Hakk qazandirmiram və xoşlamıram ama qumara kimisə məcbur etmirlər iraden olmalıdı…

***

Elchin Nezereliyev:
Nə gözləyirdiz.
Zavodların fabriklərin tikilişını.
Ay hay…

***

Ömer Qulusoy:
Salamat bir şey gətirməzlər bu milləti soymaqadan başka bir şey deyil…

***

Huseyn Cavad:
Indidə keçdilər Naxçıvanı loxlamağa…

***

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…