“MİSLİ VƏ “POZ, QAZAN”: Yanıb külə dönən mədəni qumar eşqi – SOSİOLOQLAR SƏBƏBİNİ AÇIQLADIbackend

Təxminən 2-3 ay əvvəl köşklərin qarşısında kütləvi gözləntilər olurdu.Bilirsiniz nəyi xəyal etdim. Elə bil ölkədə aclıq yaranıb. Qıtlıqdır.Bəlkədə insanlar ac qalanda belə gözləməyəcəkdilər.Ancaq nədənsə mədəni qumar eşqi onları buna sövq etdi. Şəhərin hər yanı, hər metro stansiyasının çıxışıları, bir sözlə mütəmadi yeridiyimiz yerlər əvvəl keçirilən toyların kassir məkanına oxşayırdı.1 manat, 2 manat verib sevinc hissi ilə qazanacaqlarını səbirsizliklə gözləyirdilər. Maraqlısı odur ki, babalarımızında buna böyük eşqi var idi. Pensiyanı bankomatdan çıxaran babamızda o pulu “Poz qazan” a verirdi. Maşınını satıb uduşu gözləyən kim, evini satıb uduşu gözləyən kim.

Bu gün isə toy kassirlərinin qabağı boş olur. Keçib- gedənə bəxtini sınamağı təklif edirlər. Bəxtimiz nə günə qalıb ki, onu Azərlotereyada pula sınayırıq.

Bir maraqlı cəhət də ondandir ki, Azərlotereya nın  lahiyələri nədən davam etmədi. Məsələn o da “Coca Cola “ kimi tələbkar ola bilərdi. Ancaq görünən odur ki, bəxtimizı sınamağda maraqlı deyilik. Çünki hər kəs gözəl anladı ki, bunun hiyləgərlikdən başqa bir adı yoxdur. 30 nəfərin içərisində 3 nəfər qazanırsa burda birbaşa cibəgirənlik var. Ona görədə mədəni qumar eşqi yanıb kül oldu .

Bəs necə oldu ki, lotereyalar birdən birə kütləviləşdi, sonrada yanıb kül oldu.

Sosialoq Lalə Mehralı “Yeni Gündəm”-ə açıqlamasında bunun səbəblərini izah etdi.

Lalə Mehralı ilk vaxtlar saysız olan müştərilər özlərinin təşkil etdiyi muzdlu müştərilər olduğunu zənn edir.

“Kütləvi maraq nəyədirsə, istər istəməz maraqda ona yönəlir. Əgər 5 nəfər 10 nəfər bundan istifadə edirsə, ordan keçənləri də buna cəlb edir. Şübhələnirəm ki, ilk vaxtlar “poz qazan” nın müştəriləri muzdlu müştərilər olub. Onlar özləri həmin müştəriləri bilərəkdən təşkil eliyiblər ki, ətrafın diqqətini cəlb etsinlər.”

Lalə Mehralı necə olursa olsun Azərlotereyanın qazanclı çıxdığınıda bildirdi .

“Onlar kifayət qədər çox adamı tora saldılar.Hədəflədikləri məbləği əldə etdikdən sonra həmin muzdlularada ehtiyacları qalmadı.İnsanlar ayılana kimi nə qədər pul tökdülər.Ayılana kimidə onlar öz yüklərini tutdular.”

Sosioloq zəifliyin daha bir səbəbini isə yaşam üçün lazımı olan məhsulların bahalaşmasında gördü.

“Bahalaşmalardan sonra insanlar kənara pul xərcliyə bilmirlər. Əvvəl 5 manatı rahat “Poz Qazan” da qoya bilirdilərsə indi ona cəsarətləri çatmır. Çünki 5 manat hər bir ailənin günlük dolanışıq məbləğidir .Buda lotereya bazarında susqunluğa səbəb olur “

“Yeni Gündəm”-ə danışan sosioloq Əhməd Qəşəmoğluda eyni fikirdədir .

“Əhalinin gözləntisi özünü doğrultmadı. O lahiyələr çox böyük hay-küy reklamlarla gəlib bəzi insanları şirnikləndirirlər. Onlara ümid verirlər. Sonra sosial şəbəkələrdə bunları tənqid edirlər .Eyni zamanda əhalinin müəyyən bir qrupu var ki, onlarda bunu tənqid edirlər. Əlbəttə bunlar oynuyanlarada bu təsirsiz ötüşmür.”

Belə demək mümkünsə lotereyalar qumardan başqa bir şey deyil. Qumar oynamaq isə yaşıl rəngin qayda qanununa əksdir. Aviyataj yaradanlarda çox təssüf ki, indidə var. Biz bunu təkcə Azərlotereya da yox elə şirkətlərdə və digər ticari yerlərdədə görürük. Əsas odur ki, pulumuzu qumarla xərcləmiyək. Ona aşiq olmayaq. Dünya hiyləgərliklə doludur. Bunun toruna girmək isə bizdən, sizdən bizim iradəmizdən aslıdır.

Fərahim

Yenigundem.az