“Mister və Miss Kids” yarışmasının final gecəsi baş tutdu -FOTOLARbackend
“Romance Hall”da tanınmış prodüser və aparıcı Sədaqət Rəşidqızının təşkilatçılığı ilə ” Mister və Miss Kids 2018″ yarışmasının final mərhələsi keçirildi.
“Yenigundem” xəbər verir ki, final mərhələsindən öncə social mediada 3-14 yaş arasında uşaqlar üçün kastinq elan olundu. Kastinqə 200-dən artıq uşaq qatıldı. Onlardan yalnız kastinq yolu ilə finala vəsiqə qazanan 34 uşaq finalda“Mister və Miss Kids” adlı uğrunda mübarizə apardı. Gecədə iştirakçılar iki tərzdə – dünya xalqları və avanqard geyimlərini nümayiş etdiriblər. Fidan balarımıza dünya xalqlarının geyimlərini peşəkar modelyer- dizayner Aygün Mahmudova hazırladı. Tədbirdə balaca modellərimizi Azərbaycan Dövlət rəssamlıq Akademiyasının tələbələri öz əksəriyyət avanqard geyimləri ilə təmin etmişdi. Müsabiqədə balaca modellər 18 yer və 7 nominasiya uğrunda mübarizə apardılar. 3 yaş qrupunda: 3 oğlan və 3 qız olmaqla müsabiqənin 6 qalibi oldu. Oğlanlardan: Əli Məhrəliyev, Elcan Mirzəliyev, Turqay Rzayev… Qızlardan: Xədicə Həsənzadə, Nuray Abdullayeva və Mədinə İskəndərzadə yarışmada qalib oldular. Münsiflər heyətində “Best model of Azerbaijan” və “Best model of world” müsabiqələrinin qalibi, model Rüstəm Cəbrayılov, modelyer Şəlalə Maqsudova, stilist Nigar İbrahimova və Nəsir təmsil olunub. Müsabiqədə gənc modelyerlərədə xüsusi diqqət ayrılmışdı. Rəssamlıq Akademiyasının tələbəsi Orucova Şahsənəm və Çinarə Bayramlı avanqart geyimə görə müsabiqənin dəyərli hədiyyəsini qazandı. Fidan balalarımıza hədiyyəni isə tədbirin təşkilatçı dəstəkçilləri Narınc Psixologiya Mərkəzi və “Şokki Mokki”təqdim etdi. Uşaqların saç düzümü “Yuna Land-e” salonuna məxsusdur.
Tədbirin layihə rəhbəri və aparıcısı Sədaqət Rəşidqızıdır.
Elton Haciyev