Mişustin Əsədova zəng etdibackend

Avqustun 17-də Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycanın baş naziri Əli Əsədova zəng vurub.

Nazirlər Kabinetindən verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan-Rusiya strateji əməkdaşlığının inkişafından razılıq ifadə olunub. Müxtəlif sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunub. Eyni zamanda, qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.