Mişustin: Şimal-Cənub Dəhlizi ilə daşımaların həcmini artırmaq niyyətindəyikbackend

Nəqliyyat sahəsi çox mühüm, xüsusi sahədir. Əminik ki, birgə infrastruktur-logistika layihələri bütün əməkdaşlıq kompleksinin genişləndirilməsi üçün yeni drayver olacaq.

“Yeni Gundem” xəbər verir ki, bunu Prezident İlham Əliyevlə geniş tərkibdə görüş zamanı Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin deyib.

“Burada Qərb marşrutunu – Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini ayrıca qeyd etmək istərdim. Biz 2030-cu ilə qədər bu dəhlizlə daşımaların həcmini artıraraq ildə 15 milyon tona çatdırmaq niyyətindəyik”, – Baş nazir vurğulayıb.