MM sədri Zəngilana səfərə gedəcək ATƏT PA nümayəndə heyətinə: “Ermənilərin törətdiklərini gözlərinizlə görəcəksiniz”backend

Ermənisan nümayəndə heyəti Azərbaycanda Milli Məclis və ATƏT PA tərəfindən təşkil edilən konfrans iştirakçılarını Zəngilana səfər etməməklə bağlı nümayəndə heyətlərinə məktub göndərib.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Spiker konfrans iştirakçlarına səslənərək bildirib ki, “siz ora getsəniz ermənilərin Azərbaycan ərazilərində törətdiyi dağıntıları öz gözlərinizlə görəcəksiniz. Eyni zamanda siz Azərbaycan tərəfindən həmin ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinin şahidi olacaqsınız”:

“İşğal dövründə ermənilər Azərbaycan ərazilərini dağıdıb, bütün infrastrukturu məhv edib, ekoloji terror törədib, meşələrimizi, təbii qoruqlarımızı məhv edib, təbii resurslarımızı istismar edib, çayları çirkləndirib”.

“Ermənistan BMT-nin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı qətnamələri icra etmədi. 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinə əsasən, beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü bərpa etdi”, – S.Qafarova əlavə edib./Report