MMA döyüşçüsü nokautdan sonra öldübackend

Amerikada qarışıq döyüş ustası (MMA) Castin Tornton nokautdan sonra 39 yaşında dünyasını dəyişib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə “MMA Fighting” portalı məlumat yayıb.

ABŞ-da avqustun 21-də keçirilən turnirdə Tornton Dillon Kleklerlə qarşılaşıb. Görüşün 18-ci saniyəsində Tronton aldığı güclü zərbədən nokauta düşüb.

Tornton xəstəxanaya yerləşdirilib. Döyüşçü qismən iflic olub və onurğa zədəsi nəticəsində infeksiyaya yoluxub. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.