MN cəbhədəki vəziyyətlə bağlı yeni məlumat yaydı: Zabit və əsgərlərimiz düşmənə ağır artilleriya və digər vasitələrlə cavab verirbackend

Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub.

Bu barədə “Yeni Gündəm”-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, hazırda cəbhə xətti boyu əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

“Düşmənin bu təxribatına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür. Hazırda vəziyyət nəzarətdədir. Zabit və əsgərlərimiz düşmənə ağır artilleriya və digər vasitələrlə cavab verir”.-deyə, məlumatda qeyd olunub