MN, GİN və Gəncə Şəhər İcra Hakimiyyətinin “II YAYLAQ” fiaskosu: YÜZLƏRLƏ İNSANIN HƏYATI TƏHLÜKƏDƏbackend
7NEWS.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Şəfiqə Nazimqızı məlumat verib: “II Yaylaq festivalını işıqlandırmaq üçün gedən media nümayəndələrindən biri də mən idim. Hadisələrin şokundan yavaş-yavaş ayılıram.
Yaşananlar o qədər çoxdu ki, hamısını yazmaq mümkün deyil.
Ölkədə 3 qurum, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi və Gəncə Şəhər İcra hakimiyyətinin təşkil etdiyi  ölkə səviyyəli festivalın “F”sı belə yox idi.
Hələ yaylağa çatmamış tıxac, oturmağa stol-stulun belə pullu olduğu yerdə bizi gözləyən komediyanın hələ qabaqda olduğun alnamamışdıq.
Dağın başında tədbir keçirirlər və rəsmi şəxslər saat 7-dən sonra çıxış edirlər.
Elementar hava proqnozuna görə təşkilatlanmaq məsələsi belə yox idi.
Nazirliyin iki xanım əməkdaşı və 40- yaxın jurnalist palçığın keçilməz etdiyi yolda ac susuz qaldı. Hələ minlərlə adamın olduğu tədbirdə susuz, iyrənc tualetlərdən danışmıram.
Gecə saat 1-də mən və bir neçə əməkdaş  kilometrlərlə piyada yolu gəlib, marşrut tapıb, oradan da taksi ilə pişiklərlə bir yatacağımız hostelə çatmışıq.
18 saatdan çox davam edən (hələ bitməyib) səfər zamanı Mədəniyyət Nazirliyinin öz əməkdaşlarına və jurnalistlərə rəva bildiyi çörək arası xiyar və toyuğun üstündə dağlar aşıb, yollar gəldik.
Qalan qrup isə gecə saatların təxliyə olub və Bakıya gedib.
Biz isə gözləyirik…”
7NEWS.az