Mobil rabitə operatorun qülləsinə çıxaraq intihara cəhd etdibackend

Azərbaycanda intihara cəhd olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, rayonun Xıdırlı kəndində 1 nəfər mobil rabitə operatorun qülləsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. FHN-nin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.