Model sevgilisini döyən Ziya Hüseynzadə cəzalandırıldıbackend
“Miss Azərbaycan-2017″nın qalibi, model Razi Əliyevanı döyən Ziya Hüseynzadə işdən çıxarılıb.
“Yeni Gundem” Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə bloqer Aysel Şükür paylaşım edib.
Paylaşımda bildirilir ki, “Softline İnternational” MMC və “Softline Trade” MMC-nin direktoru Ziya Hüseynzadə təsisçilərin etimadını itirdiyi üçün onunla əmək müqaviləsinin müddətinin uzadılmamasına qərar verilib.
Qeyd olunub ki, hazırda Ziya Hüseynzadənin “Softline İnternational” MMC və “Softline Trade” MMC-nin adından çıxış etməyə heç bir səlahiyyəti yoxdur.
Hazırda Z.Hüseynzadə barəsində araşdırma aparılır.
Araşdırmanın nəticəsinə uyğun olaraq, onun əməllərinə qiymət veriləcək və barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.