Mopedlərə nəzarət güclənməlidir – Deputatdan TƏKLİFbackend

Mopedlərə nəzarət güclənməlidir. Bu nəqliyyat vastəsini idarə edənlərin sürücülük vəsiqəsi alması nəzərdən keçirilə bilər.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Emin Hacıyev deyib.

O, elektrikli skuterlərin avtomobil yollarında hərəkətinə nəzarətin gücləndirilməli olduğunu qeyd edib.

“Skuterləri idarə edənlər yolda hərəkət edərkən piyada və avtomobillərə dəyir, qəza şəraiti yaradır. Dənizkənarı bulvar ərazisində skuterlərin istifadəsinə qadağa qoyulub. Bu sahədə vəziyyəti nizama salmaq üçün elektrikli skuter və velosipedlər üçün ayrıca yol zolağının salınması zərurətə çevrilib”, – deyə deputat qeyd edib./Trend