Moskva-İrəvan təyyarəsi göyərtəsindəki dava düşdü: Samarada enməyə məcbur oldubackend

Moskva-İrəvan təyyarəsi göyərtəsindəki davaya düşüb. Buna görə, təyyarə Samarada məcburi eniş edib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə “MVD Media” saytı Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volka istinadən məlumat yayıb.

“Bu gecə Moskvadan İrəvana uçan təyyarənin sərnişinlərindən birinin aqressiv davranışı barədə polis şöbəsinə məlumat daxil olub. Təyyarə komandiri Samarada təcili enişlə bağlı qərar qəbul edib”, deyə İrina Volka bildirib.

Polis Samarada təcili eniş zamanı dava edən şəxsi həbs edib və barəsində inzibati protokollar tərtib olunub.

APA