Moskva küçələrində qondarma “erməni soyqırımı”nı xatırladan banerlər asıldı…backend
Hazırda Ukrayna əhalisinin faktiki soyqırımına məruz qoyan Putindən sitat gətirilib: “Milli zəmində kütləvi qırğına heç bir bəraət qazandırmaq olmaz…”
Bu günlərdə Moskvanın hər yerində Rusiya Erməniləri İttifaqı tərəfindən 1915-ci il qondarma “erməni soyqırımı”nı xatırladan pankartlar yerləşdirib.
Yeni Gündəm” xəbər verir ki, erməni mediasının yazdığına görə, bu barədə məlumat qurumun saytında yayılıb.
“Rusiyanın mövqeyi həmişə obyektiv və ardıcıl olub və qalır: milli zəmində kütləvi qırğına heç bir bəraət qazandırmaq olmaz”, – deyə məlumatda  Rusiyanın hazırda Ukrayna əhalisinin faktiki soyqırımına məruz qoyan prezidenti Vladimir Putindən sitat gətirilib.