Moskvada Azərbaycan və Dağıstan vətəndaşları arasında atışma: yaralılar varbackend

Səkkiz nəfərdən ibarət bir qrup, Moskvanın cənub-qərbindəki Konkovo rayonundakı bir avtomobil xidməti məntəsində atışıb.

“Yeni Gündəm” xəbər verir ki, hadisə avqustun 22-də qeydə alınıb. Polisə akademik Kapitsa küçəsində baş verən atışma ilə bağlı məlumat daxil olub

Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin ünvana çatdıqda bir neçə kişi aşkar ediblər: birinin bel nahiyəsində açıq yara olub, ikincisinə qolunun qapalı sınığı və sıyrıqları, üçüncüsünə qapalı kəllə sarsıntısı və ayaq zədəsi diaqnozu qoyulub.

Həmçinin 1980 və 1991-ci il təvəllüdlü iki işsiz də hadisə yerində saxlanılıb.

Əlavə araşdırmalar üçün polis bölməsinə aparılıblar. Saxlanılan şəxslərin dediyinə görə, naməlum şəxs münaqişə zamanı zərərçəkənlərdən birinə atəş açıb, sonra hadisə yerindən qaçıb.

Digərməlumata görə, münaqişə iştirakçıları Azərbaycan və Dağıstan vətəndaşları olublar. Avtomobil xidmətinin azərbaycanlıların xoşuna gəlmədiyi, nəticədə söyüş silahla mübarizəyə çevrilib.

Cinayət işi qaldırılıb, istintaq davam edir.

Lent.az