Moskvada bu qışın ən soyuq gecəsi…backend

Ötən gecə Rusiya paytaxtında qış başlanandan bəri ən soyuq gecə olub.

“Yeni Gündem”in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bəzi bölgələrdə havanın temperaturu 12 dərəcədən aşağı olaraq qeydə alınıb.

Bildirilir ki, gecə yarısında havanın temperaturu -6.2 ° C-ə düşüb. Bu, yanvar və bütün qış üçün minimum dəyər olub.

Məlumata görə, yanvarın 23-də Moskvada qar örtüyü 6 santimetrə çatıb.