Moskvada Qırğızıstan vətəndaşlarından 4 milyon dollar oğurlanıbbackend
Moskvanın Domodedova hava limanında soyğunçuluq hadisəsi baş verib.
 
“Yeni Gundem”-in yerli KİV-ə istinadən verdiyi məlumata görə, naməlum silahlı şəxslər Qırğızıstan paytaxtı Bişkekdən Moskvaya gələn iş adamlarına hücum ediblər və onların üzərində olan 4 milyon dollara yaxın vəsaiti ələ keçiriblər.
Hadisə nəticəsində yaralanan olmayıb.
Faktla bağlı araşdırma aparılır.