Moskvadan Kiyevə ÇAĞIRIŞbackend

“Ukraynanı danışıqlarda təmsil edən nümayəndə heyəti prioritet məsələlərdə konstruktiv olmaqdan imtina edərək, danışıqlar prosesini yubatmağa çalışır”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

O qeyd edib ki, Kiyev Moskvanın təkliflərinə operativ cavab vermir.

“Moskva Kiyevi Rusiya ilə razılaşmalar üçün real variantları axtarmağa çağırır” – Zaxarova əlavə edib.