Motosiklet sürücüsünü döyən vəzifəli şəxs danışdı – “Məni işdən çıxaracaqlar” (VİDEO)backend

“Heç özüm də bilmədim ki, bu hadisə necə baş verdi. Çox əsəbi idim, təzyiqim qalxmışdı. Nəvəmi məktəbdən gətirirdim. Kaş olmayaydı”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında paytaxtda motosiklet sürücüsünü döyən vəzifəli şəxs – Sultan Dadaşov yayılmış görüntülərinə münasibətində deyib.

O bildirib ki, həmin an özündə olmayıb və işdən azad olunacağını da gözləyir:

“Mən təəssüf edirəm. Nə qərar versələr, hazıram”.

Qeyd edək ki, Sultan Dadaşovun Prezident Administrasiyasında işlədiyi deyilir.

VİDEO KEÇİD:https://www.instagram.com/tv/CczRM9AI9Wj/?igshid=YmMyMTA2M2Y=