Mövlud Çavuşoğlu Anar Kərimovla görüşdü – Fotobackend

Türkiyədə səfərdə olan mədəniyyət naziri Anar Kərimov xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Çavuşoğlu öz feysbuk səhifəsində məlumat verib.

“İşğal zamanı ziyan görmüş Dağlıq Qarabağda Azərbaycan mədəni irsinin bərpası üçün hər cür dəstəyi təmin edəcəyik. UNESCO başda olmaqla beynəlxalq platformalarda Azərbaycanın haqlı davasının arxasındayıq”, – deyə XİN rəhbəri qeyd edib.