MSK müsavatçı namizədi qeydə aldıbackend

MSK Dairə Seçki Komissiyasının qərarını ləğv edib.

“Yeni Gündem” xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülmüş Müsavat Partiyasının Xəzər rayon təşkilatının sədri  Nəsirov Niyaz Eynulla oğlunun müraciətinə baxılıb.

İclasda çıxış edən N.Nəsirov bildirib ki, DSK onun sənədlərinə iş gününün gərginliyi ilə əlaqədar baxa bilməyib: “DSK namizədliyim qeydə alınmaması ilə bağlı heç bir sənəd mənə təqdim etməyib”. MSK müraciətə baxaraq namizədin xeyrinə qəbul edib.

Qeyd edək ki, DSK iş gününün gərginliyindən sənədlərə baxa bilmədiyini qeyd edib.