Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Respublikaçı Alternativ (REAL) Partiyasının, Ağ Partiyanın və Vətəndaş Həmrəyliyi Partiyasının 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.
Bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib./APA