Müasir Azərbaycan Xanım Yazarların antologiyası olan “Zərif kölgələr“in 3-cü sayı Şəhidlərin xatirəsinə həsr olundubackend

Gülnarə Sadiq və Aysel Nəsirzadənin birgə layihəsi – Müasir Azərbaycan Xanım Yazarların antologiyası olan “Zərif kölgələr“in 3-cü sayı Şəhidlərimizin əziz xatirəsinə həsr olundu.

Azərbaycan Qadını öz mükəmməlliyi ilə hər zaman fərqlənib, bu gün də fərqlənir. Layihə iştirakçılarının tək və ən müqəddəs amalı şəhidlərimizin xatirəsini hər zaman yad etmək və onları qəlblərdə yaşatmaqdır.Layihənin bu sayında müasir dövrümüzün ən tanınmış imzalarıyla yanaşı,yenicə ədəbiyyatda sözünü deməyə başlayan gənc xanımların da şeirlərinə rast gəlmək olar. Qeyd edək ki,digər saylardan fərqli olaraq bu sayın bütün maliyyəsini həyatın bütün sferalarında qadınlardan öz dəstəyini əsirgəməyən NLP master, psixoloq Həmidə xanım Yaqubova qarşılayıb.
Layihə iştirakçıları:
Aysel Nəsirzadə ,Gülnarə Sadiq ,Arzu Göytürk ,Aygül Özüvətən ,Aynurə İnci ,Aysel Xanlarqızı,Bahar Cavadova,Cəmilə Təvəkkülqızı,Əfsanə Rəvan,Əsmər Hüseyn Xan,Əzizə Həsənova,İlahə Heydərli,Gülər Natiq İsaq,Gülnar Səma,Gültəkin Ramiz,Gülsadə,Günay Ələkbərzadə,Günəş Məmmədli,Lalə Sadıqova,Məlahət Kərimqızı,Mələk Yazar,Mətanət Duyğulu,Nazlı Hacılı,Nazilə Rahibqızı,Nailə Şamilqızı,Muşfiqə Baladdinqızı,Mirvari Coşqun,Minayə Abdullayeva,Nəcibə İlkin,Nəzakət Cavadova,Pərvanə Bayramqızı,Qərənfil Arifqızı,Səadət Qərib,Şəlalə Şəfəq,Sevil Gül Nur,Turanə Şamaxlı,Ülviyyə İbrahimova,Vüsalə Vətənxan Mehri,Xalidə Abdullayeva,Xalidə Hicran Seyidova,Xatirə Həsrət,Xatirə Səfərova,Havar Şəfiyeva,Xəyalə Sevil ,Xəzangül,Yeganə,Zemfira Salmanova,Zeynəb Ədalət qızı,Zülfiyyə Yaqubova.
Xatırladaq ki, “Zərif kölgələr” antologiyası 2019-cu ildən bəri artıq 3-cü sayı nəşr olunan yalnız xanım yazarların yazılarından ibarət yeganə antologiyadır.