“Müasir dünyada idman siyasəti diplomatiyanın bir istiqaməti kimi qəbul edilir.” – Məlahət İbrahimqızıbackend

Bildiyimiz kimi ölkəmiz müstəqilliyinə qovuşduqdan sonra əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət siyasəti nəticəsində bütün istiqamətlərdə çox böyük nailiyyətlər qazanılıbdır. 2003-cü ildən Respublikamızın rəhbəri olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə elə bir sahə yoxdur ki, orada misilsiz uğurlara imza atılmasın.

Xalqımızı dünyaya qalib xalq kimi tanıdan Müzəffər Ali Baş Komandanımız ölkəmizdə idmanın inkişafı sahəsində inanılmaz qələbələr əldə edilibdir. Möhtərəm Prezidentimiz hələ 2003-cü ildən öncə Respublikamızda Milli Olimpia Komitəsinin prezidenti olduğu dövrdə, ölkəmizin ən ağır zamanlarında beynəlxalq idman yarışlarında eləcədə yay və qış olimpiya oyunlarında  idmançı gənclərimiz Azərbaycanın adını beynəlxalq idman ictimaiyyətinə qürurla tanıtmışdır.

Bu sözləri Yeni Gundem”açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

Millət vəkilinin sözlərinə görə,  möhtərəm Prezidentimizin həyata keçirdiyi idman siyasəti və onun inkişaf etdirilməsi bir tərəfdən Azərbaycan gənclərinə, onların sağlam inkişaf etdirilməsi, onların istedadının aşkar edilməsi, simasında Azərbaycanın beynəlxalq aləmdə tanıdılması olmaqla bərabər, həm də çağdaş dünyada idman və mədəniyyət diplomatiyası vasitəsilə dövlətin nüfuzunu artırmaq və gücünü nümayiş etdirməkdi.

“Bugün heç də sirr deyil ki, müasir dünyada idmana diplomatiyanın bir istiqaməti kimi baxırlar. Sözsüz ki, hər bir ölkədə sağlam gəncliyin yetişdirilməsi sağlam millətin yetişdirilməsi deməkdir. Necə deyərlər sağlam bədəndə sağlam ruh olar.  Bugün ölkəmizdə idmanın inkişqfı ilə bağlı bütün regionlardq çox yüksək şərait yaradılıbdır. İdmanın elə bir sahəsi yoxdur ki, o sahədə beynəlxalq səviyyədə uğurlar əldə edilməsin. Məhz bunun nəticəsidir ki, ötən illər ərzində ölkəmiz həqiqətən də idman sahəsində çox böyük nailiyyətlər əldə edib. Təkcə onu demək kifauətdir ki, Respublika idmançılarının yola saldığımız 2022-ci ildə keçirilmiş olan  beynəlxalq yarışlarda  300-ə yaxının qızıl medal olan 800-dən çox medal qazanması dövlət idman siyasətinin misilsiz uğurudur. Bu nailiyyətlərə görə Azərbaycanı uzun onilliklər boyu idman ölkəsi kimi tanınan ölkələrlə müqayisə etmək olar. Ölkə idmançılarına yaradılmış yüksək şəraitin və dövlət qayğısının nəticəsidir ki, onlar dünyada idman sahəsində güclü olan ölkələrin idmançıları ilə rəqabət aparır. Bununla bağlı  hər il bu yüksək nəticələr qazanmaq, istedad və gücünü təsdiqləmək üçün dqha çox dövlət qayğısı tələb edilir. Minnətdarlıqla qeyd etməliyik ki,  dövlətimiz  tərəfindən göstərilən davamlı diqqət və qayğının sayəsində Azərbaycanda idmanın inkişafı davamlı və artan sürətlə gedir. Sözsüz ki, ildən ilə yeni idman nəsilləri yetişir, yeniləri ilə övəz olunur , lakin  ölkəmizin uğurları nəinki sabit qalır hətta hər ildən ilə uğurlar artır.  Əlbəttə nəsillər dəyişdikcə gənc idmançılar üçün tanınmış  idmançılar bir məktəbə çevrilir ki, onların təcrübəsi gənc idmançılar üçün bir amal və örnək olur. Azərbaycanda yetişən gənc idmançı nəsli  ölkəmizin idman şöhrətini bundan sonra da yüksəklərdə saxlayacaqlar. Yeri gəlmişkən minnətdarlıqla qeyd etmək lazımdır ki, Respublikamızın Birinci vitse Prezidentinin idman siyasətinə verdiyi misilsiz töhfə həm beynəlxalq aləmdə , həm də ölkəmizdə yüksək qiymətləndirilir. Gimnastika Federasiyasının prezidenti  möhtərəm xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Avropa Oyunlarıının eləcə də IV İslam Həmrəylik oyunlarının respublikqmızda yüksək səviyyədə keçirilməsi bugün də beynəlxslq ifman ictimaiyyəti  tərəfinfən yəqdir bə təbliğ edilir. “

Millət vəkili Məlahət İbrahimqızı əlavə etdi ki,Azərbaycan idmançılarının 2022-ci ildə qazandıqları uğular, ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanın dünyada həm də idman ölkəsi kimi təsdiqləyir.

“Bugünlərdə, yeni ilin ilk on günündə 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev çıxış edərkən hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu bir il olduğunu bildirdi. Dpvlətimizin başçısı bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət verməklə bərabər həm də ötən ilin əvvəlində qarşıya qoyulmuş bütün vəzifələrin həyata keçirildiyini və Azərbaycanın dinamik inkişafı ilə bağlı olduğunu qeyd etmişdir. Əldə edilmiş uğurları təhlil edərkən möhtərəm  Prezidentimiz  çıxışında idmançılarımızın dünya, Avropa çempionatlarında ölkəmizi ləyaqətlə təmsil etdiklərini diqqətə çatdırdı. Dövlət Başçısı Beynəlxalq yarışlar arasında V İslam Həmrəyliyi Oyunlarını xüsusilə qeyd edərək,  5 il bundan öncə Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın tarixi qələbə qazanaraq birinci olduğunu, Türkiyənin Konya şəhərində ötən il 56 ölkə arasında idmançılarımızın 99 medalla 4-cü yerə layiq görüldüyünü xatırlatı.

2022-ci  ilin idman yekunlarına həsr edilmiş mərasimdə öz çıxışı ilə möhtərəm cənab İlham Əliyev ölkəmizdə idmanın gələcək perspektivləri  üçün çox vacib vəzifələri də sısləndirdi.  O, ilk növbədə gənc idmançıların hazırlanmasının mütəşəkkil qaydada təmin edilməli olduğunu, son vaxtlar bu sahədə daha məqsədyönlü işlərin aparıldığını, bölgələrdə keçirilmiş çoxsaylı tədbirlərin gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradacağını vurğuladı. Son illərdə bütün ölkə üzrə müxtəlif yarışlar keçirilməsi idman uğurlarımızı şərtləndirməklə bərabər gənclərin, yeniyetmə və uşaqların erkən yaşlarından idmana cəlb edilməsinin yetişən yeni nəslin tərbiyəsi üçün çox böyük əhəmiyyətə malik olduğunu bildirdi. Bildiyimiz kimi idman həm fiziki sağlamlıq, həm də güc özündə fiziki gücü əks etdirir.  Möhtərəm Prezidentimiz çıxışında bildirid ki, idmançılarımızın uğurları və nümunəsi Azərbaycan gəncləri xüsusilə də gənc idmançılar üçün örnək olmalıdır. İdmanın hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsi  və ölkəmizdə idmanın prioritet sahəsi olduğunu qeyd edən Dövlət Başçısı  respublikamızda  idmana dövlət dəstəyinin və qayğısınım bundan sonra daha dq artacağını bildirdi. Möhtərəm cənab İlham Əliyev Azərbaycan ictimaiyyəti tərəfindən  idmana və idmançılara  olan böyük hörmətin təqdirəlayiq olduğunu bildirərək, ölkəmizdə idmanla məşğul olmaq istəyənlərin də ilbəil artdığını vurğuladı. O, Azərbaycanın müxtəlif  bölgələrində 50-yə yaxın Olimpiya İdman Komplekslərinin, eləcə də  Bakıda don vaxtlar şəhər  parklarında açıq havada idmanla məşğul olmaq üçün yaradılmış şəraiti də dövlətin Azərbaycan vətəndaşının sağlamlığına verdiyi qiymət adlandırdı. Möhtərəm Prezidentimizin çıxışında diqqətçəkici məqamlardan biri də azad edilmiş ərazilərdə 2022-ci ildə bir sıra beynəlxalq idman yarışının keçirildiyini vacibliyini qeyd etməsi idi. Ali rəhbət erməni işğalından  azad edilmiş ərazilərdə beynəlxalq idman yarışının keçirilməsinin çox böyük tarixi əhəmiyyəti olduğunu və keçirilən bu tədbirlərlə həmin ərazilərin daha çox canlanması və insanlar qayıdışında yeni həyat adlandırdı. Möhtərəm Prezidentimiz işğaldan azad olunmuş bütün ərazilərdəki yaşayış məskənlərinim təsdiq edilmiş Baş planında, eləcə də bərpa-quruculuq işlərinin getdiyi şəhərlərin hər birində idman qurğularının qurulmasını nəzərdə tutulduğunu da qeyd etdi. Möhyərəm cənab İlham Əliyev hazırda Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsinin işlənildiyini, 2022-ci  ildə Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməlinin qoyulduğuni bildirdi. Möhtərəm Prezidentimizin Çox vacib 2023-vü ilin idman yekunlarına həsr olunmuş mərasimdə etdiyi çıxışında qarşıdakı dövrdə görüləcək bir sıra tədbirlərə də münasibət bildirməsi idi. Belə ki, möhtərəm cənab İlham Əliyev dünya və Avropa çempionatlarının, eləcə də Olimpiya Oyunlarının təsnifat turnirlərinin Respublikamızda keçiriləcəyini, eləcə də ölkəmizin Yay Olimpiya Oyunlarına hazırlığının son mərhələdə olduğunu da tədbir iştirakçılarınım diqqətinə çatdırdı. Yekun olaraq, fəxrlə qeyd etməliyəm ki, mərasimdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin çıxışında Azərbaycanın dünyada özünü güclü idman dövləti kimi təsdiq etməsini, sözün həqiqi mənasında ölkəmizin beynəlxalq idman  arenasında mövqeyinin ilbəilə gücləndiyini vurğulaması 2023-cü ildə idman sahəsində əldə edəcəyimiz uğurların  optimist proqnozları adlandırmaq olar.”

Fərahim RƏHİMOV